Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb martın 30-u gündüzdən 31-i səhərədək müşahidə olunan faktiki hava barədə məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumatda bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 30-u gün ərzində, 31-i səhərədək hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub. Bəzi rayonlarda, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda güclü şimal-qərb küləyi əsib.
Düşən yağıntının miqdarı Böyük Qafqazda 11-98, Mərkəzi-Aran rayonlarında 3-59, Qazax-Gəncə zonasında 4-50, Kiçik Qafqazda 12-28, Naxçıvan MR-da 3-19, Lənkəran-Astara zonasında 4-9, Bakıda və Abşeron yarımadasında 1.0 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Xınalıqda 26, Şahdağda 24, Qırızda 17, Qusarda 13, Altıağacda 11, Xaltanda 8, Qubada 3 sm olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub