Facebook Azərbaycanın tanınmış bloqerlərini neytrallaşdırdı

851
Facebook Azərbaycanın tanınmış bloqerlərini neytrallaşdırdı

Facebook sosial şəbəkəsində Azərbaycanın aparıcı bloqerlərinin və KİV-lərin baş redaktorlarının kütləvi bloklanmasına başlanıb.

Virtualaz.org bildirir ki, bloklanmanın səbəbləri məlum deyil, amma 30-günlük ban almış sosial şəbəkə istifadəçilərinin siyahısı hər saat böyüyür.

Məsələn, virtualaz.org və haqqin.az informasiya-analitik portallarının baş redaktoru Eynulla Fatullayevin, oxu.az-ın baş redaktoru Elvin Şirinovun, armiya.az-ın baş redaktoru Bəhram Batıyevin, tanınmış jurnalistlər Kənan Quluzadənin, Şahin Rzayevin və başqalarının səhifələri bloklanıb.

Səbəb praktik olaraq bütün banların çoxillik köhnə, zərərsiz postları olub, hansılar ki, hansısa səbəblərdən böyük miqdarda şikayət yığmağa başlayıblar.

Çox güman ki, botnet-dən yararlanmaqla yayılmış sxemdən istifadə edilib. Həmin sxemlə, istifadəçinin təsadüfən seçilmiş postuna botların köməyi ilə böyük miqdarda şikayətlər göndərilir. Facebook-da şikayətlərə baxılması sistemi həddən artıq böyük miqdarda istifadəçilər olduğuna görə avtomatlaşdırılıb. Proqram bu və ya digər posta göndərilmiş böyük miqdarda eyni şikayəti görür, onu avtomatik uzaqlaşdırır və müəllifi uzunmüddətli bana göndərir.

Bu halda, apellyasiya vermək cəhdləri praktik olaraq mənasızdır, çünki moderatorlar onlara həmişə baxmır. Bu tip şəbəkə hücumundan, məsələn, Rusiya-Ukrayna münaqişəsi zamanı geniş istifadə edilmişdi. Necə deyərlər, "feysbuk müharibələri” zamanı onlarla Rusiya və Ukrayna bloqerlərinin səhifələri bloklanmışdı ki, onların baş verən hadisələri işıqlandırmaq imkanı olmasın.

Facebook-da Azərbaycan bloqerlərinə hücumun arxasında kim durur, hələ məlum deyil, amma bloklananların sayı hər gün artır. 

Xəbər lenti