"Mehman Hüseynovun əməllərində qanun pozuntusu var" - DEPUTAT

"Vətəndaş Mehman Hüseynovun əməllərində qanun pozuntusu var və bu, Azərbaycanın hüquq sistemi tərəfindən cəzalandırılmalı idi".
Mynews.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, bu tamamilə normal bir haldır və bütün inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da hüquqi meyarlarla bağlı heç kimə əlahiddə güzəşt tətbiq olunmamalıdır:
"Bütün Azərbaycan vətəndaşları qanun qarşısında bərabərdir. Düşünürəm ki, Mehman Hüseynovla bağlı qəbul olunmuş məhkəmə qərarını da məhz bu cür obyektiv şərh etmək lazımdır. Qətiyyən bunu manipulyasiya predmetinə çevirmək olmaz".
Deputat qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir və Azərbaycanda bütün münasibətlər, o cümlədən vətəndaş-dövlət münasibətləri hüquqi çərçivədə tənzimlənir:
"Azərbaycanda bütün ictimai münasibətlər və orada baş verən hadisələr mütləq şəkildə hüquqa söykənir və hüquqi yollarla bu məsələlər öz həllini tapır. Əlbəttə biz bilirik ki, Azərbaycanda xüsusi diqqət yetirilən məsələlərdən biri məhz bu hüquq və azadlıqların qorunmasıdır. Azərbaycan Konstitusiyasında da bu məsələ öz əksini tapıb. Ancaq çox təəssüf ki, hazırda söz və mətbuat azadlığı kimi mövzular ən çox istismara məruz qalan məsələlərdir. Diqqət yetirsək görərik ki, Avropanın xüsusi mərkəzləri tərəfindən bu məsələlər öz məqsədlərinə çatmaq üçün yeni dövlətlərə təzyiq vasitəsi kimi istifadə edilir. M.Hüseynov da insan hüquqlarını istismar edən bu cür beynəlxalq şəbəkələrin toruna düşən gənclərdən biridir və çox təəssüf ki, bu məsələ ilə hazırda manipulyasiya edilir".
Cəmiyyət
- Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək - Götürülən kreditlərə...
- Bakıda aylıq 141 manat ödəməklə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
- Əhaliyə xəbərdarlıq edildi - Azərbaycanda qış sərt keçəcək
- Bakıda bu ərazidə "xruşovka"lar sökülür - Sakinlərə 400 AZN kirayə pulu və mənzillər veriləcək
- Şamaxıda Üzüm və Şərab Festivalı keçirilib
- Azərbaycanlı rəssam faciəvi şəkildə öldü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda aylıq 141 manat ödəməklə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ 971 dəfə oxunub
- Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək - Götürülən kreditlərə... 961 dəfə oxunub
- 2 hərbçi faciəvi şəkildə öldü 929 dəfə oxunub
- Bu ölkədə qızılca epidemiyası elan edildi 553 dəfə oxunub
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO) 195 dəfə oxunub