Dünən “Elektra Events Hall”da türkiyəli ifaçılar İlyas Yalçıntaş və Aynur Aydının Bakı konserti reallaşıb.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, “Şirin Su”nun sponsorluq etdiyi konsert proqramında izdiham yaşanıb.
Əvvəlcə səhnəyə İlyas Yalçıntaş çıxıb. Sevilən hitlərini ard-arda səsləndirən sənətçini beş musiqiçi müşayiət edib. Canlı ifalarını azərbaycanlı və iranlı fanatları ilə birgə ifa edən Yalçıntaş alqışla qarşılanıb.
Öz repertuarından başqa Soner Sarıkabadayı, Mirkelam kimi müğənnilərin mahnılarına da müraicət edən İlyas sevənlərinə xoş dəqiqələr yaşadıb.
Həmişəkindən fərqli olaraq, tamaşaçılar da konsert zamanı fəallıq göstərib. Onlar rəqs edərək əyləniblər.
Yalçıntaşdan sonra səhnəyə Aynur Aydın çıxıb. Qısa geyimi ilə diqqət çəkən müğənni enerji dolu ifaları və rəqsləri ilə izləyənləri məst edib.
Onun fanatlarla səmimi münasibəti, fotolar və videolar çəkdirməsi də diqqətdən yayınmayıb.
Türkiyəli Dj Bulut Görsoydan gecənin gec saatlarınadək səhnədə olub. “Afterparty”də doyunca əylənən Bakı gəncləri səhərə yaxın məkanı tərk ediblər.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub