Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən bir nəfər Mərakeş və bir nəfər Kamerun vətəndaşı saxlanılıb.
DMX-dən Mynews.az-a verilən məlumata görə, Dövlət Təhlükəsizlik Xidməti ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı səkkiz Nepal vətəndaşı tutulub.
Araşdırma zamanı Mərakeş və Nepal vətəndaşlarının Azərbaycan ərazisində olma və yaşama qaydalarını pozduqları məlum olub.
Nepal vətəndaşlarına öz həmvətənləri Parajuli Sitaram tərəfindən Azərbaycanda yüksək aylıq əməkhaqqı olan iş vəd edilib, aldadılaraq Azərbaycana gətirilib və sonradan qanunsuz miqranta çevriliblər.
Parajuli Sitaram əvvəllər törətdiyi qanunsuz əməllərə görə DMX tərəfindən ölkə hüdudlarından kənara çıxarılıb.
Bundan əlavə, ölkə ərazisində qanunsuz yaşadığı üçün saxlanılmış Kamerun vətəndaşı Lourile Teneng Meshi Christellenin əvvəllər Azərbaycanda tələbə olduğu müəyyən edilib.
Belə ki, L.T.Meshi Christelleyə əyani təhsil əsasında müvəqqəti yaşama icazəsi verilib, sonradan həmin icazənin ləğv edilməsinə baxmayaraq, o, ölkə ərazisini tərk etməkdən boyun qaçırıb.
Əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub