Elşad Miri 1400 il əvvəl olan qız şəklini kişi formasına salıb imam deyə insanlara sırıyırlar - VİDEO

970
Elşad Miri 1400 il əvvəl olan qız şəklini kişi formasına salıb imam deyə insanlara sırıyırlar - VİDEO

İnternetdə yayılan bir videoda Azərbaycanda İmam Əlinin Mövlud gününün qeyd olunması lentə alınıb. Həmin videoda bir qrup xanım boyük bir tortun üzərinə İmam Əlinin şəklini vurdurub mövlüd gününü qeyd edirlər. İlk başda "happy birthday" mahnısını ifa edərək ad günün mübarək təbrikləri edən xanımlar, birdən-birə ağı deməyə başlayıblar.

Mynews.az xəbər verir ki, Baku.ws dində bunun nə dərəcədə düzgün olduğunu bilmək üçün Elşad Miri ilə əlaqə saxlayıb.

1400 il əvvəl olan qız şəklini kişi formasına salıb imam deyə insanlara sırıyırlar, bu sözləri İlahiyyatçı Elşad Miri deyib.

"Bu insanlardan nə istəsən gözləmək olar. İmam Əliyə də ad günü keçirərlər, Adəm Peyğəmbərə də ad günü keçirərlər, Allahı yerə dəvət edib nələrsə edərlər. Yəni bunun İslama heç bir aidiyyatı yoxdur. Peyğəmbərimiz heç bir zaman gəlib insanlara bunu eləyin deməyib. O sadəcə insanlara Tək Tanrıçılıq anlayışını, Allahdan başqasına şirk qoşmamaq anlayışını aşılayıb. Bu cür etməklə guya biz nə edirik, onların şanını qaldırırıq? Əksinə, iyrənc bir vəziyyət yaradaraq insanlar tərəfindən gülünc obyektinə çevrilirik", - deyə Elşad Miri bildirib.

Guya ordakı şəkil özüdür? 2 əsr əvvəlki adamların şəkli yoxdur heç. 1400 il əvvəl olan qız şəklini kişi formasına salıb imam deyə insanlara sırıyırlar. Sonra bunun üstündə din qurublar. Yəni bu din anlayışı deyil axı. Bu hərəkətlər insanları dindən soyudan, uzaqlaşdıran məsələlərdir. O insan isə, moizə xanadır, qadın mollalardır yığışıb bir yerə şou göstərirlər. Bu dini ələ salmaqdır. Özləri bilərək, ya bilməyərək belə şeylər edirlər".

Xəbər lenti