Türkiyənin Manisa şəhərinin avtovağzalında baş verən hadisə gülməli olduğu qədər də, hazırda Suriyadakı vəziyyətin real mənzərəsini göstərəcək dərəcədə məna kəsb edir. Belə ki, Adanaya getmək üçün Manisa avtovağzalına gələn Suriya vətəndaşı 20 yaşlı Ammar Alhasanın sərnişin-nəqliyyat şirkətinə göstərdiyi sənəd əməlli-başlı heyrətə səbəb olub.
\Ammar Alhasan bilet almaq üçün Manisa Vilayəti Miqrasiya İdarəsi tərəfindən özünə verilən müvəqqəti şəxsiyyət vəsiqəsini və icazə sənədini göstərib. Sənədi araşdıran şirkət nümayəndəsi sənəddə anasının adının “Kürdüstan”, atasının adının isə “ABŞ” (ABD – Ameika Birleşik Devletleri) olduğunu görüncə əvvəlcə çaşıblar. Sonra sənədin saxta ola biləcəyindən şübhələniblər. Sənədin saxta olmadığı müəyyən edilib və bilet alan Alhasan avtobusla Adanaya gedib.
Manisa Vilayəti Miqrasiya İdarəsinin nümayəndələri isə Ammar Alhasanın anasının adının “Kürdüstan” olduğunu, ancaq atasının adının sistemdən qaynaqlanan bir problemə görə “ABŞ” şəkildə yazıldığını bildiriblər. Alhasanın bazar ertəsi günü Manisaya təkrar gələcəyi və atasının adının bərpa olunacağı bildirilib.
: bizimyolinfo.com
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub