"Bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır”.
Bu sözləri hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçisi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Daha sonra sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuş bu deputatın fikirləri sosial şəbəkə istfadəçiləri tərəfindən heçdə bir mənalı qarşılanmayıb. Etiraz, təhqir və söyüşlərlə qarşılaşan deputat Hadı Rəcəbli sosial şəbəkələrin bağlanması ilə bağlı fikirlərinin səhv anlaşıldığını deyir. O, sosial şəbəkələrlə bağlı dediyi fikirlərinin yanlış anlaşıldığını bildirib:
"Mən demirəm saytlar, sosial şəbəkələr bağlansın. Kim onu deyir ki, tamam bağlansın? Harada demişəm ki, hamısı bağlansın? Ayıbdır. Axı, mənim nəvəm də oxuyur o söyüşü, təhqiri. Olmaz, axı. Heç kim demir ki, internet qapansın. Mən deyə bilərəm ki, internet bağlansın? Mən də internetə girib məlumat alıram. Mən orda demişəm ki, təhqir edən, ana-bacı söyüşü söyənlərə qarşı hüquqi normalar əsasında tədbir görülməlidir. Amma başlığa götürüb başqa şey qoyurlar. Mən boyda kişini ünvanına söyüş yazırlar. Bütün mətbuat da bunu yazır. Mən neyləyim? Ona görə deyirəm, təhrif, mənəviyyatsızlıq, yalan-iftira yayan saytlara qarşı qanun çərçivəsində inzibati tədbir görülməlidir. Mənim nəvələrim var, onların altısı qızdır. Onlar da sayta girirlər, oxuyurlar bu söyüşləri, olmaz belə. Mən nə günahın sahibiyəm? Məni niyə söyürlər? Yaşım 70-i ötüb, nəvələrim var, ailəm var. Belə mənəviyyatsızlıq olmaz. Sonra da deyirlər ki, Hadı müəllim mətbuatdan qaçır. Necə edim, qaçmayım?”
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub