Bir müddət əvvəl Axar.az saytı “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin media və insan hüquqları sferasında monopoliyaya nail olmaq üçün son savaşına çıxdığını yazaraq, yeni şəbəkə quracağını anons etmişdi. Qeyd olunmuşdu ki, yeni şəbəkəyə Mətbuat Şurasının “qara siyahı”sının fəxri üzvləri də daxil olacaq.
Ötən həftə sonu Mehman Əliyevin çətiri altında Media klubun yaradılması ideyası müzakirə edilib. Görüşdə "Yeni Nəsil" Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, AzTV-nin sabiq redaktoru, hazırda lüğətşünaslıqla məşğul olan Qulu Məhərrəmli, Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət, Xural.com saytının baş redaktoru Əvəz Zeynallı, Aztoday.az saytının baş redaktoru Elmidar Əliyev, "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəyli də iştirak ediblər. Bu günsə həmin ansambla adları dillərdə dastan olan “Gündəm Xəbər” qəzetinin baş redaktoru Şirin Cəfərinin və “Realliq.info saytının baş redaktoru İkram Rəhimoğlunun da qoşulduğu xəbəri yayıldı.
Məşhur filmdə deyildiyi kimi:
- Bir anbardar Məmmədxanın yeri əskikdir.
- O da gələcək, o da gələcək!
Uzun illər “Sorosun yetirmələri”, “kapitan Qrantın uşaqları” adıyla tanınan media nümayəndələri, “mediaətrafı məsələlər” üzrə mütəxəssislər və “reket media” ulduzları son dərəcə maraqlı “birlikdə”. Siz bir tərkibə baxın: amerikalıların ən sadiq adamı, “gizli mətbəxin” başbilənlərindən biri Mehman Əliyev, dahi qrant kombinatoru Arif Əliyev, ömrünü AzTV-də sədr kürsüsü uğrunda mübarizəyə həsr eləmiş Qulu Məhərrəmli, Azərbaycan hakimiyyətini söyməyi özünə şərəf məsələsi hesab edən Rövşən Hacıbəyli, daha sonra isə deputat Fazil Mustafa ilə etnik davaya çıxan, gah müğənniləri, gah da dövlət qurumlarını şantaj edən Elmidar Əliyev, ölkədə Xanım Xəlilovadan başlamış bütün siyasiləri özünə borclu hesab edən, vaxtilə separatçıların “ağsaqqalı” Fəxrəddin Abbasovun redaktorluq etdiyi “Şavnışt”də (“Gecə söhbəti”) dərc etmədiyi yazılarını belə gün üzünə çıxaran Əvəz Zeynallı, nəşriyyatın dəhlizlərini gizli danışıqlar yeri sanan, ölkədə təhqir etmədiyi adam qoymayan sifarişli yazılar ustası Şirin Cəfəri, hər yazdığı təhqirdən sonra “SOCAR məni məhkəməyə versəydi, təqib adıyla ölkədən gedərdim” arzusunu dilə gətirən Bəhruz Əliyev, vaxtilə “Hürriyyət” qəzetinin səhifələrində hakimiyyətə qarşı ən ağır təhqir yağdıran, indi isə “reket media”nın parlayan ulduzlarından biri kimi tanınan İkram Rəhimoğlu da bu sıradadır.
Budur, Sorosun keçmiş komissarı Mehman Əliyevin arzuladığı və uğrunda mübarizə apardığı media - çörəyi qrantdan çıxanlarla reketdən qaz vurub qazan dolduranlar, qrant ustaları ilə mahir şantajçılar bir cərgədə.
Bu birliyin fəaliyyət prinsiplərini təsəvvür etmək belə çətindir. Şavnışton(gecə söhbətləri) nəyi əhatə edəcək? Nədən danışacaqlar? Soros kimi sifariş etdi və bu sifarişə nə qədər pul ayırdı? Çatışmayan pulu hansı məmurdan qoparmaq?
Bəs, bu “birliyə” xeyir-dua verənlər nə düşünürlər? Sorosun komissarı öz ətrafına yığdığı- qrantoyed ariflər, iş adamlarını və məmurları xanım əməkdaşları vasitəsilə şantaj edən əvəzlər, reketlikdə ad-san qazanmış, şirinlər,ikramlar və Company vasitəsilə ilə indi də Azərbaycan hakimiyyətinə komissarlıq edəcək?
Yox əzizlərim. Bunların iştahına nəinki Azərbaycan, heç ABŞ-ın maliyyəsi də tab gətirməz.
R.R.