Mətbuatda Milli Məclisin sədr müavini Bahar Muradovanın əməliyyat olunması ilə bağlı məlumatlar yayılıb.
Məlumatda qeyd olunub ki, xanım deputatın səhhəti qəfildən pisləşib və dərhal paytaxtdakı özəl klinikalardan birinə yerləşdirilərək, belindən əməliyyat olunub.
Mynews.az-ın məlumatına görə, yayılan xəbərlərlə bağlı Oxu.Az-a açıqlama verən sədr müavini haqqındakı məlumatların doğru olmadığını bildirib:
“Yayılan məlumatlar doğru deyil. Yəqin, onu yazanlar haqqımda 1 aprel zarafatı etmək istəyiblər. Amma nəyə görəsə çaşıb, aprelin 3-də yayıblar. Bax, buna zarafat yox, “dodaqqaçdı” deyərlər.
Şükür Allaha, səhhətim yaxşıdır və özümü yaxşı hiss edirəm. Bir azdan Milli Məclisin iclasına qatılacağam. Narahat olunacaq heç bir durum yoxdur. Təşəkkür edirəm”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub