Azərbaycanda sürücülük vəsiqələriylə bağlı biabırçılıq Heç biri qüvvədə deyil! - FOTOLAR

1058
Azərbaycanda sürücülük vəsiqələriylə bağlı biabırçılıq Heç biri qüvvədə deyil! - FOTOLAR

Tanınmış teleaparıcı, yol hərəkəti qaydalı üzrə ekspert Tural Yusifov Azərbaycanda verilən sürücülük vəsiqələri ilə bağlı ilginc məlumat yayıb.

AZXEBER.COM xəbər verir ki, T. Yusifov Azərbaycan Respublikasının sürücülük vəsiqəsinin 7 ildir, keçərli olmadığını deyib. Buna səbəb isə Azərbaycanın 2011-ci ildə yol hərəkəti haqqında Vyana konvensiyasını qəbul etməsidir.

Bu konvensiyaya uyğun olaraq konvensiya iştirakçıları bir-birilərinin sürücülük vəsiqələrini qəbul edirlər. Lakin Azərbaycanın sürücülük vəsiqəsi keçərli sayılmır. Sadə bir səbəbə görə.

Tural Yusifovun mövzu ilə bağlı ətraflı yazısını təqdim edirik:

Azərbaycan Respublikasının sürücülük vəsiqəsi

Hazırda bizdə vəsiqə bu nümunədə olduğu kimidir. Lakin bu nümunə 29 mart 2011-ci ildən qüvvədə deyil. Yalnız 29 mart 2011-ci ilə qədər verilən vəsiqələr bitmə vaxtına qədər qüvvədə olur. 29 mart 2011-ci ildən sonra verilən vəsiqələr yeni nümunədə olmalıdır. Mən marağa Rusiya, Belarus və Qazaxıstan sürücülük vəsiqəsini də bu məqaləyə əlavə edəcəyəm. Bizim vəsiqəmiz konvensiyanın müddəaları dəyişsə də dəyişməyib.

Yol hərəkəti haqqında Vyana konvensiyasının 41-ci bəndinə 6 saylı əlavəyə əsasən sürücülük vəsiqəsinin ön hissəsində bəndlər bu cür olmalıdır:

1 Soyad

2 Ad (və ya digər adlar)

3 Doğum tarixi və yeri

4 a) Vəsiqənin verilmə tarixi

4 b) Vəsiqənin bitmə tarixi

4 c) Vəsiqə verən orqanın adı və möhürü

5 vəsiqənin nömrəsi

6 Vəsiqə sahibin fotosu

7 Vəsiqə sahibinin imzası

8 Yaşayış yeri

9 Vəsiqə sahibin kateqoriyası və altkateqoriyalar

10 Hər bir kateqoriya üçün ayrıca verilmə tarixi

11, 13, 14 kateqoriyalar üzrə əlavə məlumat, yaşayış yeri dəyişərsə onun üçün əlavə məlumat, yol hərəkəti təhlükəsizliyi ilə bağlı digər məlumatlar

12 Xüsusi qeydlər

Belarus Respublikasının sürücülük vəsiqəsi

6 saylı əlavəyə əsasən sürücülük vəsiqəsində ad və soyad mütləq latın qrafikası ilə yazılmalıdır. Əgər mənsub ölkəsində latın qrafikası mövcud deyilsə və ya oxunma hərifəri düzgün gəlmirsə, o zaman bu informasiyalar transkript edilməlidir. Məsələn : Əliməmməd Əliyev Əli  - Alimammed Aliyev Ali olaraq mütləq təkrarlanmalıdır.

Qazaxıstan Respublikası sürücülük vəsiqəsi

Göründüyü kimi ətraf respublikalar yeni nümunəli sürücülük vəsiqəsindən istifadə etsələr də, bizdə bu sürücülük vəsiqələri dəyişdrilməyib. Baxmayaraq ki, Vyana konvensiyası bu vəsiqələrin dəyişdirilməsini, həmçinin 6 saylı əlavəyə uyğun aparılmasını məcbur edir. Bax bu sadə bir səbəbdən Azərbaycan Respublikası sürücülük vəsiqələri xarici ölkələrdə keçərli deyil. 

Bəs nə etmək lazımdır? BURADAN xüsusi ərizə formasını yükləyərək, onu Daxili İşlər Nazirliyi BDYPİ-nin rəisi cənab Ramiz Zeynalova göndərin. YHQ-nun 35-cü maddəsinə əsasən sürücülük vəsiqəsində aşkara çıxarılan səhvlər BDYPİ-nin hesabına aradan qaldırılmalıdır. 

Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.

Beləliklə sürücülük vəsiqənizin dəyişdirilməsi ilə bağlı həm YHQ-nun 34-cü maddəsi, həm də konvensiyaya uyğun olaraq 6-cı əlavəyə uyğun yeni vəsiqələr əlavə qüvvəyə mindikdən 5 ildən gec olmayaraq, yəni 29 mart 2016-cı ildən sonra verilən bütün vəsiqələr dəyişdirilməlidir.

 

Xəbər lenti