ARB TV-nin “Sirdaş Rövşanə” proqramına bu dəfə oğlu həbs olunan Maştağa sakini müraciət edib.
O, oğlunun həbsinin yanlış qərar olduğunu bildirib.
Belə ki, 20 yaşlı gəncə yetkinlik yaşına çatmayan biri ilə cinsi əlaqədə olması maddəsi ilə cinayət işi qaldırılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Proqrama qatılan ata qonşuluqda yaşayan həmin qızın 13 yaşı olmasına baxmayaraq, yüngül əxlaqlı olduğunu, lakin oğlunun heç bir zaman belə iş tutmadığını söyləyib.
Verilişdə ekspert qismində əyləşən vəkil bildirib ki, qıza təcavüz edilməyib:
“İlkin ehtimala görə münasibətə hər iki tərəf razılıq verib. Həmçinin qızla bağlı ikinci bu tip cinayət işi daha var”.
Bu sözlərdən sonra ata əsəblərinə hakim ola bilməyib:
“Məni başa düşün, atayam mən. Oğlumun günahı var, ömürlük iş versinlər. Bizim elə qeyrətsiz adamımız yoxdur. Oğluma şər atıblar. Mənim oğlum çıxacaq. Mənim nəslimdə belə şey yoxdur”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub