Hamilə rəfiqəsini öldürüb, qarnını yarıb uşağı oğurlamaqda təqsirləndirilən qadın həbs edilib.
Mynews.az milli.az-a istinadla xəbər verir ki, Meksikada hamiləykən uşağını düşürən qadın bunu ört -basdır etmək üçün hamilə rəfiqəsini boğaraq öldürüb, sonra da qarnını yırtaraq uşağı oğurlayıb, qaçıb.
Dəhşətli hadisədən sonra Cinthia Fatima N adlı qadın və əri saxlanılıb. Ölən 20 yaşlı Jessica Gabriela-nın əri isə şok yaşayıb.
Məlumata görə, Fatimə Cessika ilə uşaq paltarları satılan onlayn-mağazaların birində tanış olub.
Fatimə Cessikanı aldadıb və evinə dəvət edib. O, Cessikanı boğub, öldürüb, sonra da uşağını oğurlayıb.
Cessikanın evə gəlmədiyini görən ailəsi narahat olub və bu barədə polisə məlumat verib.
Fatimə uşağı da götürüb qaçıb.
Bir müddət sonra Fatimənin bacısı onun oğurladığı uşaqla birlikdə xəstəxanaya gəlib və bacısının ölü uşaq doğduğunu söyləyib.
Həkimlər şübhəli vəziyyət barədə polisə xəbər veriblər.
Araşdırmalar nəticəsində məlum olub ki, Fatimə sosial şəbəkədə tanış olduğu Cessikanı evinə dəvət edib, boğub öldürüb, bətnini yararaq uşağı oğurlayıb.
Ehtimal olunur ki, uşaq doğa bilməyən qadın başqa qadınlarla da görüşüb, onların uşağını oğurlamaq istəyib.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub