Bir müddət əvvəl Rusiyanın kriminal saytları xəbər verdi ki, keçmiş SSRİ ərazisində 1 nömrəli qanuni oğru "Şişkan” ləqəbli Oleq Şişkanov elan edilib.
Məlumata görə, bu məsələ Ded Xasanın varisi sayılan və hazırda həbsdə yatan Zaxari Kalaşovun da (Şakro Molodoy) "skype”la qatıldığı "sxodka”dan sonra həll edilib. "Sxodka”da o da qərara alınıb ki, keçmiş SSRİ ərazisində "obşak”a Vasili Xristoforov (Vasya Voskres) və Merab Qoqiya (Meliya) nəzarət edəcək.
Guya Şişkanın namizədliyi Eduard Asatryan, (Edik Osetrina), Yuri Piçuqin (Piçuqa), Tariel Oniani kimi nüfuzlu qanuni oğrular tərəfindən də dəstəklənib.
sfera.az-a istinadən xəbər verir ki, əslində bu məlumatlar həqiqəti əks etdirmir.
Əvvala hamı bilir ki, "Şakro " "Ded Xasan”ın varisidir. "Şişkan” isə qanuni oğru Tariel Onianinin klanına daxildir. Heç kimə də sir deyil ki, "Ded Xasan”ının qətlini məhz Tariel Oniani sifariş verib.
Belə olan halda Zaxari Kalaşov Oleq Şişkanovun namizədliyin necə dəstəkləyə bilər?
Diğər tərəfdən Meliya da "Taro” (Tariel Oniani) ilə qatı düşməndi, həm də Vasili Xritoforovla (Vasya Voskres) "Şişkan”ın arası yoxdur. Demək "obşak”a onların nəzarət edəcəyi inandırıcı deyil.
Şişkanov Kalaşovun klanına daxil deyil. Həm də ötən dəfəki yazımızda da qeyd etmişdik ki, o çox ehtiyyatlı adamdır, 20 ildir kölgədə qalıb və ona görə tükünə də zərər dəyməyib. İndi də bu xasiyyətindən vaz keçmək fikrində deyil.
Yəqin ki, "Şakro”nun klanı hakimiyyəti əldə saxlamaq istəyəcək. Hələlik bu alınır. Yeganə rəqib Lotu Qulidir. Diğər rəqib "Taro” isə 2010-cu ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. Əsas hadisələr oğru aləmində məhz Onianinn azadlığa çıxması ilə başlayacaq.