Son zamanlar sürücülər tərəfindən Yol Patrul Xidməti (YPX) əməkdaşlarının fəaliyyətinin video şəklində qeydə alınaraq, sosial şəbəkələrdə yerləşdirilməsi halları artıb.
Sanki sürücülər bu videoları öz müdafiəçiləri kimi görürlər. Bəs, görəsən, bu görüntülərin çəkilməsi nə qədər qanunidir?
Mynews.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov unikal.org-a açıqlama verib.
O, yol polisini videoya çəkən sürücüləri qınayaraq sürücülərin bu addımını mentalitetə zidd hesab edir:
"Sürücülərin bu cür videoları çəkib sosial şəbəkələrdə və internetdə paylaşması doğru deyil. Mentalitetlə götürəndə belə videoları çəkən şəxslərin bu addımı qınağa səbəb ola bilər. Bu cür hərəkət mentalitetimizə zidddir. Çünki kimisə gizli videoya çəkmək düzgün hərəkət deyil".Bölmə rəisi əlavə edib ki, bu cür videoların çəkilməsi ilə bağlı qanunvericilikdə boşluq var. Qanunvericilik bu hərəkəti qadağan etmir. Amma sürücülər elə bilir kamera ilə çəkməklə inspektorda qorxu hissi yaradacaqlar. Bu videoları yaymaqla nə əldə edirlər? Əksinə, polisin işinə mane olurlar və onların vaxtını alırlar. Təsəvvür edin yarım saatlıq, bir saatlıq video çəkir sonra onun 5 dəq sürücünün özünə sərf edən hissəsini sosial şəbəkələrdə paylaşırlar".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub