Jurnalist Əfruzə Ağayeva ötən gün dünyasını dəyişən ginekoloq Səbinə Mirzəyeva haqqında yazılan xəbərlərə münasibət bildirib.
GoldNews.az xəbər verir ki, jurnalist xəbər saytlarını ginekoloqun ölümü haqqında yazdığı saysız - hesabsız xəbərlərə görə qınayıb. Əfruzə Ağayeva genekoloqun ölümünün şişirdildiyini bildirib.
Bəsdi də daha … Elə bil şəhid basdırmısınız. “Facebook”, “instagram”- a girmək olmur. Nə xəbərdi axı ?! Elə bil Mübariz İbrahimov ölüb, bu nə bayağılıqdır axı … Anladıq anadır, həkimdir, az-maz tanınmış simadır bəlkə də çox yaxşı insan idi … Amma Səbinənin son paylaşımı, Səbinənin uşaqları ilə fotosu, Səbinə son dəfə kimi doğuzdurdu nə gündəyik axı biz ?! Niyə beləyik? Kimdir axı Səbinə? Hər kəs kimi həkim. Nə verib Azərbaycan mədəniyyətinə, tibbinə ? Anladım bir az tanınırdı, qəfil ölüb, bunu bir xəbər etdiz bəsdir də, niyə belə şişirdirsiniz ? Yerin cənnət olsun, Səbinə xanım. İP üçün can verən jurnalistlər imkan versələr, o dünyada rahat yatacaqsan! Allah rəhmət eləsin! İnsanın ölümünü bu qədər adiləşdirməyin, onun da ailəsi, balaları var”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub