“Mənim xanımın həci xanımdır. Mənim iki qızım, iki bacım həci xanımdır. Ailəmdə namaz qılırlar. Allaha ibadət edirlər. Bizim evdə stolun üstündə Quran var. Mənim bu dəqiqə Milli Məclisdəki kabinetimdə başımın üzərində quran var. Mən Allaha bağlı insanam. Allahın yolunu da həmişə tutmuşam. Onun pozitiv və proqressiv məsələlərini”.
Bunu İnterpress.az-a açıqlamasında Milli Məclisin deputatı Hadi Rəcəbli deyib.
O bildirib ki, Allah ömür versə, Kəbə evinə təkrar getməyi yenə düşünür: “İndi hazırda Həccə getməyi planlaşdırmıram. Allah ömür verər, məqam olar bir dəfə də gedərəm Həcc ziyarətinə. Mən Kəbə evinin içərisində olmuşam. Ulu öndər Heydər Əliyevlə və cənab İlham Əliyevlə birlikdə. Mənə bu qismət olub. Bu, böyük bir xoşbəxtlikdir. Orda bizim üçün Kəbə evinin qapısını Səudiyyənin kralı açdı. Biz kralın qonaqları idik. Mən o xoşbəxtliyə nəsib olmuşam. Kəbə evində olduğum ruhu da saxlamışam. Çünki, Allahdan qorxmaq lazımdır”.
Millət vəkili onun sözlərini mətbuatda təhrif edən jurnalistlərə səslənib: “Mən özüm də jurnalist işləmişəm, jurnalistlərin dostuyam mən. Jurnalist yoldaşları da çağırıram ki, Allah xofu ürəklərində olsun. Allahdan qorxsunlar. Biraz diqqətli olsunlar. Təhrif etməsinlər yazıları. Yaşlı adamlara qarşı biraz da həssas olsunlar. Mən mətbuata açıq olanda bunlar mənim başıma gör, nə oyunlar gətirirlər. Bu da çox narahat məsələdir. Mən də o jurnalistləri Allaha tapşırıram. Ki, mənim ünvanıma o qədər söyüş söydürürlər. Və Allah da bilir. Mən Allaha şükürlər olsun ki, Allahın yolunu tutmuşam, 25 ildir ki, parlamentdəyəm və başımın üstündə də Quran var”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub