Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ötən il paytaxt ərazisindəki yolların təmizlənməsi, süpürülməsi zamanı xüsusi texnikalardan istifadə edilməsi ilə bağlı təklif verib.
Mynews.az xəbər verir ki, bunu kommunal təsərrüfat işçilərinə geyimlərin paylanılması tədbirində çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təşkili şöbəsinin rəisi, polkovnik-leytenant Eyvaz Şahverdiyev deyib.
Bildirib ki, söhbət yüksək sürət tətbiq olunan yolların təmizlənməsindən gedir:
“Son vaxtlar süpürgəçi qadınların avtomobillərlə vurulması halları yüksək sürətli yollarda baş verir. Təklif etmişik ki, həmin yolların süpürülməsini, təmizlənməsini xüsusi texnikalar vasitəsilə həyata keçirsinlər. Bununla həm qəzaların qarşısı alınmış olar, həm də kommunal təsərrüfat işçilərinin təhlükəsizliyi təmin edilər”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub