Bakı sakini Yusif Abdulzadə redaksiyamıza müraciət edərək hərbi xidmətə çağrıldığını və ata-anasının xəstə olmasını bildirib: Atam 3-cü qrup əlildir. Yataq xətəsidir. Anamın isə sağlamlığı işləməyə imkan vermir. Ailəmizə onlara mən baxıram. Mən hərbi xidmətə gedəndə onlara kim baxacaq. Təkcə Yusif deyil bir çox gənclərimiz evin tək uşağı olmasına baxmayaraq hərbi xidmətə çağırılır. Bu məsələ Milli Məclisdə dəfələrlə müzakirə olunsa da hələ də müsbət nəticə əldə etmək mümkün olmayıb.
Mynews.az xəbər verir ki, hərbi ekspert Ramil Məmmədli Sonxeber.az-a açıqlamasında bildirib ki, dövlətin ən vacib görəcəyi işlərdən biri də ailə inistitutunun mövcud olmasını qoruyub saxlamaqdır: "Azərbaycanda ailə inistitutunu qorunmasın üçün lazım olan bütün vacib qanunlar və qərarlar qəbul olunmalıdır. Parlament bu məsələyə çox ciddi şəkildə yanaşmalı və aiddiyyəti qurumlar bu məsələyə diqqəti artırmalıdır. Evin tək uşağıdır və valideynləri xəstədir. Bu cür şəxslərin həqiqi hərbi xidmətə çağırılmasında imtiyazlar olmalıdır. Yaxşı olar ki, bu cür insanlar hərbi xidmətlərini əməliyyatların aparıldığı bölgədə deyil digər ərazilərdə keçsinlər. Ümumiyyətlə evin tək uşaqları hərbi xidmətə çağrılmasın. Çünki həmin insanlar ailənin tək davamçısıdır. Əgər onun başına bir iş gələrsə həmin ailənin davamlı olmasının qarşısı alınır. Bununla ailə inistitutunun formalaşmasınınn qarşısı alınır. Yaxşı olar ki, bu məsələ həll edilsin. Qanunverici bazası bu cür şəxslərin hərbi xidmətə getməsini məhdudlaşdırsın.
Deputat Fazil Mustafa vurğulayıb ki, evin tək uşağının hərbi xidmətə getməməsi məsələsi Milli Məclisdə qaldırılsa da müsbət nəticəyə gəlinmədi. Hətta Alternativ Xidmət haqqında qanun da qəbul edilmədi. Ailənin tək övladının hərbi xidmətə getməsinə mən də tərəfdar deyiləm. Amma bu cür qanunun qəbul edilməsi mümkünsüzdür. Çünki hazırda biz müharibə şəraitində yaşayırıq. İndiki vəziyyətdə evin tək uşağının hərbi xidmətə getməsini məhdudlaşdıran qanunun qəbul ediləcəyi inandırıcı deyil".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub