Mynews.az xəbər verir ki, Moderator.az -ın əldə etdiyi məlumata görə, mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı Sevinc Fərhadova yenidən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dəvət olunub.
Bu dəfə onu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisi qəbul etmiş, ən yaxın zamanda Sevinc xanıma, növbədənkənar mənzil veriləcəyini bildirmişdir. Qeyd edək ki, millət vəkili Əflatun Amaşov da, bir neçə gün öncə bu işlə əlaqədar olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri , Baş nazirin müavini cənab Əli Həsənovla görüşmüş, ona da mərhum jurnalistin bacısına tezliklə mənzil veriləcəyi bildirilmişdir. Əlacsız qalan Sevinc xanıma gözləmək qalır.
Xatırladaq ki, bir neçə gün öncə Sabunçu rayon, Pirşağı qəsəbəsindəki “Məşəl” düşərgəsinin ərazisində güclü yanğın zamanı mərhum jurnalist Zabil Müqabiloğlunun bacısının yaşadığı ev yanaraq kül olub. Xoşbəxtlikdən yanğın jurnalistin bacısı Sevinc Fərhadovanın evdə olmadığı vaxt baş verib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub