Prezident İlham Əliyev Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 1,0 (bir) milyon manatı "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Rayon əhalisinin sayı 83784 (01 yanvar 2018) nəfərdir. Əhalinin 42329 nəfəri və ya 50,52 faizi kişi, 23869 nəfəri və ya 28,47 faizi gənclərdir. 2009-cu il əhalinin siyahıyaalınması üzrə məlumatlara əsasən əhalinin 88,49 faizini azərbaycanlılar, 11,42 faizini talışlar, qalanını isə digər millətlərin nümayəndələri təşkil edir.
Əhalinin 10,05 %-i şəhərdə, 89,95 %-i kəndlərdə yaşayır. Rayon üzrə əhalinin orta sıxlığı 1 kvadratmetrdə 74, şəhərdə isə 1 kvadratmetrdə 85 nəfərdir.
Əhalinin ümumi sayından 21 faizi 0-14 yaşda olan uşaq və yeniyetmələr, 64.45 faizi əmək qabiliyyətli yaşda, 0,5 faizi isə əmək qabiliyyətli yaşdan yuxarı olanlardır.