Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı, hər bir azərbaycanlı gənc Azərbaycanın, dövlətin yanında olmalı, Azərbaycan, Qarabağ həqiqətlərinin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır.
Mynews.az xəbər verir ki, bunu millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva ölkə gənclərinə çağırışında səsləndirib.
Q.Paşayeva Azərbaycan gənclərini ölkə reallıqlarının, Qarabağ həqiqətlərinin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb.
O, gəncləri sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kampaniyalarına qarşı mübarizəyə sərf etməyə səsləyib:
“Mən eyni zamanda, Vətən torpaqlarımız uğurundan canından keçən qəhrəman şəhidlərimizin, böyük şücaətlər göstərmiş igidlərimizin qarşısında baş əyirəm və gəncləri, sabahımız olan gənc nəsli onlardan Vətən sevgisi örnəyini almağa çağırıram.
Bununla yanaşı, hesab edirəm ki, bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz və bu baxımdan ölkəmizin daha da müstəqil inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr böyükdür.
Onlar bu məsuliyyətlərini daha dərindən və daha düzgün anlamalıdırlar.
Dövlətin, millətin inkişafı gənclərlə bağlıdır.
Eyni zamanda, Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir.
Bu məsələdə də gənclər daha öndə gəlməlidir”-deyə, Q. Paşayeva sözlərinə əlavə edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub