Aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 15-20, Bakıda gecə 6-8, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
1
Niyə Donald Tramp Hitlerlə müqayisə olunur?
1180 dəfə oxunub
2
XI sinfin buraxılış imtahanında dəyişiklik edilir
1151 dəfə oxunub
3
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1145 dəfə oxunub
4
Novruzun ilk çərşənbəsinin tarixi
1144 dəfə oxunub
5
Türkdilli erməni qız hər kəsi şoka saldı - VİDEO
1125 dəfə oxunub