Azərbaycanın məşhur stilisti Anar Ağakişiyevin üzü yanmış xanıma makiyaj vasitəsi ilə bəxş etdiyi heyrətamiz görünüşdən sonra bir çox tanınmışlar həmin xanımla maraqlanmağa və ona yardım əlini uzatmağa çalışırlar.
Mynews.az xəbər verir ki, Rusiyanın məşhur futbolçusu Pavel Poqrebnyakın model həyat yoldaşı Mariya Poqrebnyak üzü yanmış xanımla bağlı şəxsi instagram hesabında paylaşımı ilə hər kəsin diqqətini çəkib.
Mətbuatda gəzən xəbərlərə görə, dünyanın məşhur cərrahlarından biri Nərminəyə əməliyyatla gözəlləşdirməyi öz öhdəsinə götürsə də, daha sonra verilən vəd yerinə yetirilməyib.
Mariya sosial esabında Nərmin ilə çəkdirdiyi fotosunu yayaraq bu şərhi yazıb:
Bir neçə gün öncə Alena Kutaliyanın klinikasına gəldim və orada üzü yanmış bir xanımı gördüm. Baxmayaraq ki çox tələsirdim amma klinikada 5 saat qalası oldum. Alena Moskvanın bir çox plastik cərrahları ilə konsiliumda iştirak etmək üçün məni də yanına çağırdı.
"Çox təəccübləndim ki, 17 ildən sonra heç bir həkim bu qıza heç bir köməklik etməyib. İnsanlar özünüzə gəlin! Biz sinəmizə implant qoyuruq, qabırğalarımızı çıxardırıq, burnumuzu düzəldirik, piylərimizi bədənimizdən çıxarırıq. Nəyə görə? Plastik cərrahiyyə bunun üçün deyil. Biz Alena ilə bu məsuliyyəti boynumuza götürərək Nərminəyə "HƏ"dedik. Nərminənin üstündə böyük iş aparılmalıdır. Biz hələ ki pul yığmırıq. Biz özünə güvənən plastik cərrahları bu xanıma yardımçı olmaq üçün səslənirik"



BAKU.WS
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub