Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-190, Kiçik Qafqazın çaylarında 180-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edir.
Mynews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 138 kubmetr olmaqla ongünlük normanın 88 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 45 kubmetrdir. Bu da ongünlük normanın 67 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Salyanda 4, Araz çayının Novruzlu məntəqəsində 8 santimetr azalma, Şirvanda və Bankədə isə 2 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 431, Şirvanda 321, Salyanda 283, Bankədə 229, Araz çayının Novruzlu məntəqəsində isə 150 santimetr təşkil edir.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub