53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş Yevda Abramovun səhhətində problem yaranması barədə bir müddət öncə məlumat vermişdik.
Millət vəkili ötən ilin sonunda onkoloji xəstəliklə əlaqədar Milli Onkologiya Mərkəzində cərrahi əməliyyat olunub. Daha sonra isə dövlət hesabına İsrailə aparılaraq oradakı klinikaların birində əməliyyat edilmişdi.
Məlumat üçün bildirək ki, millət vəkilinin qızları da orada yaşayır.
Hazırda millət vəkili Bakıdadır. Yeniavaz.com saytı deputatın hazırki vəziyyəti ilə bağlı ən son məlumatları öyrənmək məqsədilə Yevda Abramovla əlaqə saxlayıb.
Səsindən narahat olduğu sezilən deputat yaxşı olduğunu bildirib. Lakin Yevda Abramov səhhəti ilə əlaqədar jurnalistlərlə əlaqə saxlamadığını, onların suallarını cavablandırmadığını bildirib. Deputat özünü yorğun hiss etdiyini deyib: "Hazırda yaxşıyam. Ancaq jurnalistlərlə, saytlarla hələlik işləmirəm. Burada başa düşülməməzlik nə var? Səhhətimlə əlaqədar çox danışa bilmirəm. Yorulmuşam, yorulmuşam".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub