Son günlər sosial şəbəkələrdə müzakirə olunan yarımçıq piyada keçidi xətləri uyğunsuzluq deyil, görülən təmir işləri ilə əlaqədardır.
Mynews.az bildirir ki, bu sözləri axar.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev yarımçıq piyada keçidləri barədə danışarkən deyib.
O, Məhəmməd Hadi küçəsindəki yarımçıq piyada zolağını da bununla əlaqələndirib:
"Məhəmməd Hadi küçəsində təmir əvvəlcə yolun bir hissəsində, sonra isə digər hissəsində aparılır. Bir hissədə asfaltlama işləri qurtardıqdan sonra müvafiq nişanlama işləri görülür. O hissə artıq nişanlanıb. Sosial şəbəkələrdə müzakirə olunan şəkil yolun təmir olunması ilə əlaqədardır".
Qeyd edək ki, Bakının bəzi yerlərində, o cümlədən Məhəmməd Hadi küçəsində çəkilmiş yarımçıq piyada keçidi müzakirələrə səbəb olub. Fotodan da göründüyü kimi, yol çəkilişi tam başa çatıb, piyada zolağının olmadığı istiqamətdə isə bütün yol xətləri tamamlanıb, yalnız piyada zolağı unudulub.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub