Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda 8 Mart - Beynəlxalq Qadınlar Gününə olan hava proqnozu açıqlanıb.
Mynews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 9-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 8-10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Lakin axşam bəzi dağlıq rayonlarda çiskinli yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Arvadını TikTok-da CANLIYA çıxardı: Kişilərin qadına dedikləri qarşısında ərin reaksiyası ŞOK ETDİ 1221 dəfə oxunub
- Onlayn dələduzluq əməlləri sürətlə yayılır - XƏBƏRDARLIQ - VİDEO 1173 dəfə oxunub
- Məşhur aparıcının sümükləri əriyir 1159 dəfə oxunub
- Son dəqiqə! Fulya Öztürk canlı yayımda hücuma məruz qaldı - ANBAAN VİDEO 1086 dəfə oxunub
- Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir - İlham Əliyev 1078 dəfə oxunub
loading...