"Formula 1" üzrə Azərbaycan Qran Prisi zamanı tamaşaçıların trekə, dənizkənarı bulvarda yerləşəcək F1 Şəhərciyinə və bilet aldıqları tribunalara gediş-gəlişini təmin edəcək ictimai nəqliyyat vasitələri müəyyənləşib.
Bu barədə Mynews.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Bildirilir ki, yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək üçün hazırlanan Nəqliyyatın İdarə Olunması planına əsasən, trekin yaxınlığından keçən 65, 5 və 53 nömrəli avtobuslar səhər saat 6:00-dan gecə saat 4:00-dək, 28 May və İçəri Şəhər metro stansiyaları saat 6:00-dan gecə saat 2:00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 27 - 29 apreldə keçiriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub