“Ölkə.Az”ın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Ə.Amaşov deyib ki, söyüş kampaniyası aparanların 11 aprel Prezident seçkilərinə hesablanmış hərəkətlərində başlıca məqsəd ölkə başçısı İlham Əliyevin komandası daxilində nifaq toxumu səpmək, dövlət idarəçiliyində xaos yaradaraq vətəndaş etimadsızlığı üçün zəmin formalaşdırmaqdır:
“Dövlətimizə, ölkə başçısına sadiq insanların hədəfdə saxlanılması da məhz buna görədir. Niyyətlərinə çata bilmədilər. Şübhəsiz, çata da bilməyəcəklər. Əli Həsənovun (Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – müəllif) adının guya söyüş və təhqir dolu şərhlərin hazırlanmasında hallandırmaları siyasi iflaslarının son çırpınışıdır. İflasa məhkum olanlar həm xaricdə, həm də daxildədirlər. Xaricdəkilərin məqsədi aydındır. Ayrı-ayrı anti-Azərbaycan dairələrin ölkəmizdəki maraqlarını təmin etmək üçün dəridən-qabıqdan çıxırlar. Bəs daxildəkilər nə istəyir? Görünür, hər kəsin asanlıqla söyülə, linç edilə bilinəcəyi vəziyyətin formalaşmasının arzusundadırlar. İqtidar hərislikləri, böyük və güclü olmaq niyyətləri bu qədərmi psixoz hal alıb? Çox təəssüf…”.
1
Niyə Donald Tramp Hitlerlə müqayisə olunur?
1180 dəfə oxunub
2
XI sinfin buraxılış imtahanında dəyişiklik edilir
1151 dəfə oxunub
3
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1145 dəfə oxunub
4
Novruzun ilk çərşənbəsinin tarixi
1144 dəfə oxunub
5
Türkdilli erməni qız hər kəsi şoka saldı - VİDEO
1125 dəfə oxunub