Sosial şəbəkədə böyük səhifəsi olan şəxslər hesablarının başqaları tərəfindən oğurlanmaması üçün bəzi tədbirlər görməlidir.
Bununla bağlı Metbuat.az-a açıqlama verən İKT Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, səhifə idarəçiliyini başqa bir şəxslə bölüşmək olmaz:
“Bunun üçün ilk növbədə adminstrator səviyyəsi səhifəni yaradanda qalmalıdır. Çünki problem daha çox adminstrator funksiyanı 1-dən çox şəxs yerinə yetirən zaman ortaya çıxır. Məsələn, səhifənin adminstratoru işlərini yüngülləşdirmək üçün başqa birinə adminstrator funksiyasını verir. Həmin şəxs bu zaman səhifəni yaradan adamla eynihüquqlu olur. O, istədiyi vaxt səhifəni yaradan şəxsi adminstratorluqdan çıxarıb, sata bilər. Azərbaycanda bir çox iri şirkətdə belə problemlər yaşanıb. Şirkət səhifəsini yaradıb, sonra idarəsini bölüşə-bölüşə gedib. Bu cür problemlə qarşılaşmamaq üçün adminstratorlar səhifəni idarə etməsi üçün şəxslərə ya moderator, ya da redaktor funksiyalarını verməlidir. Bu, problemlərdən qorumağa kömək edəcək. İkincisi, sosial şəbəkə hesabınızı başqa komputerlərdə açıq qoymayın. Çünki komputeri açan başqa bir şəxs sizin profilinizdən girib özünə adminstratorluq verər və sizi səhifədən çıxara bilər.
Bir sözlə, problemlərdən qorunmaq üçün ilk növbədə inzibatçı səviyyəsini yalnız özünüzdə saxlayın. Komanda üzvlərinizə moderator, yaxud redaktor vəzifəsini verin. Sonra komputer arxasından durarkən mütləq hesabınızı bağlayın. Mütəmadi olaraq profilinizin şifrəsini dəyişin. İstifadə etdilən şifrələr çox vaxt insanların həyatları ilə bağlı olur. Mobil nömrə, avtomobil nömrəsi, yaxud doğum tarixi bu şifrələr arasında yer alır. Başqası tərəfindən müəyyənləşə biləcək şifrələrdən heç vaxt istifadə etməyin. Qəliz şifrələr seçin. Yaxud da mütəmadi olaraq dəyişin ki, təhlükə azala blsin. Bəzi hallarda isə tanımadığınız, hətta tanıdığınız adamlardan belə sizə gələn linklərə daxil olmayın. Çünki həmin linklər hakerlr tərəfindən hesabınızın şifrəsini üzə çıxarmaq üçün hazırlanır. Şifrənizi öyrənən şəxs isə daha sonra hesabınızı ələ keçirir. Bütün hallarda, sosial şəbəkədə böyük səhifə idarə edən şəxlərə diqqətli olmalarını tövsiyyə edirik”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub