Azərbaycanda 143 seçicinin məhz 11 aprel seçki günü 18 yaşı tamam olur.
Mynews.az xəbər verir ki, bu barədə Oxu.Az-a Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Şahin Əsədli məlumat verib.
Belə vətəndaşlardan biri olan Qusar rayonunun Aşağı Ləgər kəndinin sakini David Ramazanov seçki məntəqəsində sürprizlə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, aprelin 11-də ad gününü qeyd edən Ramazanovu ilk təbrik edən Qusar rayonu 51 saylı seçki dairəsinin 11 saylı seçki məntəqəsinin komissiyasının üzvləri olub.
18 yaşı tamam olan gəncə Mərkəzi Seçki Komissiyası tərəfindən “İlk dəfə səs verən seçici” vəsiqəsi təqdim olunub.
Təşəkkürünü bildirən gənc deyib ki, seçki gününə təsadüf etdiyi ad günü onun yaddaşında ömürlük qalacaq.
Qusar rayonu 51 saylı seçki dairəsində bötüvlükdə, 184 nəfər prezident seçkilərində səs vermək hüququ əldə ediblər. Bu dairədən David Ramazanovla yanaşı, Eniqoba kənd sakini Tural Şəkəralıyev də ad gününü qeyd edir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub