“Təəssüflər olsun ki, Azərbaycanda böyük cinayət törədənlər xaricə qaçaraq sonradan Azərbaycanı pisləyirlər”.
Publika.az xəbər verir ki, bu sözləri Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq səviyyədə tanınır: “Bu insanların etdikləri yaxşı hal deyil. Hər halda Azərbaycan xalqına xas olan xüsusiyyət deyil. Onların mədəniyyəti, tərbiyəsi yerində olmadığı üçün belə faktlara əl atır”.
Ramiz Mehdiyev qeyd edib ki, xaricdə olan bəzi vətəndaşlarımızın Azərbaycana qarşı çirkin kompaniya aparmasını çox pis qiymətləndirir: “Hesab edirəm ki, normal adam bu cür etməz. Çünki bir var daxili müxalifət, birdə var ki, xaricə gedib ölkəmizə qara yaxanlar. Heç bir millət nümayəndəsi bu yola düşmür. Təəssüflər olsun ki, Azərbaycanda böyük cinayət törədənlər xaricə qaçaraq ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, Azərbaycanı pisləyirlər”.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub