Bu gün, aprelin 11-də, prezident seçkiləri ilə əlaqədar “exit-poll”ların ilkin nəticələrini açıqlandıqdan sonra paytaxt sakinləri küçələr axışıblar və İlham Əliyevin qələbəsini qeyd ediblər.
Oxu.Az-ın xəbərinə görə, yüzlərlə insan “Qoşa qala qapısı”ndan “Fəvvarələr meydanı”na, daha sonra “Sahil bağı”na yürüş ediblər.
Yürüşdən sonra konsert proqramının təşkil ediləcəyi bildirilir.
Qeyd edək ki, “exit-poll”ların nəticəsinə görə, İlham Əliyev 80 faizdən yuxarı səs toplayıb. Bu, ondan xəbər verir ki, YAP sədri prezident seçkilərində inamlı qələbə qazanıb.
Ölkə üzrə 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri (ümumi seçicilərin 74.5%-i) səsvermədə iştirak edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub