Dünya pop musiqisinin uğurlu simalarından olan Meray Keri 17 ildir ağır xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, “People” dərgisinə danışan 48 yaşlı müğənni biopolyar pozuntu ilə mücadilə etdiyini deyib:
“İnanılmaz psixoloji təsiri var. Amma bu xəstəliyin məni idarə etməsini istəmirəm”.
Bipolyar pozuntu – emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir.
Bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü çox güclü şəkildə büruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır.
Bir qayda olaraq, bipolyar pozuntu zamanı insan emosiyalarının “kənar qütblərində” aylarla qalır.
Meray Keri bu diaqnozun ona 2001-ci ildə qoyulduğunu deyib. O bildirib ki, xəstəliyini etiraf etməyə yalnız 17 il sonra güc tapıb:
“Şübhə və qorxu içində yaşayırdım. Qorxurdum ki, kimsə xəstəliyimi ortaya çıxaracaq. Çox ağır yükdür”.
Müalicədən sonra ətrafında pozitiv insanlara yer verdiyini deyən Keri “Sevdiyim işləri görəcəm: mahnı yazıb, musiqi kariyerama davam edəcəm”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub