Bu gün Bakıda yenicə tikilmiş “Hacı Cavad” məscidində ilk namaz qılınıb.
Mynews.az xəbər verir ki, məsciddə eyni vaxtda 500-dən çox dindar namaz qıla bilər.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ilin iyul ayında, Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq 79 ünvanında yerləşən “Hacı Cavad” məscidinin sökülməsi və həmin rayonda - A.M.Şərifzadə küçəsində yeni məscidin tikilməsi haqqında qərar imzalamışdı.
“O vaxt dindarlar məscidin “dağıdılmasına” etiraz edirdilər. Lakin yarıdağıdılmış məscidin yerində paytaxtın ən gözəl məscidlərindən birini əldə etdilər”, - məscidin əməkdaşı bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub