Bir müddət öncə azadlığa buraxılan "Lotu Quli” ləqəbli Nadir Səlifovun qardaşı Müşfiq Səlifov Avropa Məhkəməsinə məktub göndərib.
Mynews.az-ın qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı məlumat yayıb.
O bildirib ki, M.Səlifov barəsindəki hökmdən sonra Avropa Məhkəməsinə şikayət edərək Konvensiyanin 6.1 və 6.3-cu maddələrinin pozuntusunun tanınmasını tələb edib:
"Məhkəmə 2016-cı ildə kommunikasiya başlayıb, lakin daha sonra ərizəçi M.Səlifov məhkəməyə məktub göndərərək işin aparılmasında maraqlı olmadığını bildirib. Bu səbəbdən bu gün elan edilən qərarla məhkəmə işi siyahıdan çıxarılıb. İttihama görə, Lotu Quli 6 və 16 saylı cəza müəssisəsində, həmçinin Qobustan qapalı tipli həbsxanasında saxlanarkən, qardaşı Müşfiqin köməyi ilə ora 8 qadının gətirilməsinə nail olub.
Müəssisələrin vəzifəli şəxsləri tərəfindən onun üçün ayrılmış xüsusi otaqlarda Nadir Səlifovun qadınları zorladığı və hətta bu işə digər məhbusları cəlb etdiyi də qeyd olunur. 2006-cı idə məhkəmənin hökmü ilə Müşfiq Səlifov 12 il cəza alıb, daha sonra Apelyasiya Məhkəməsi onun cəzasını 7 ilə endirib.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub