Azərbaycan Dəmir Yolları” QSC qurumun sədri Cavid Qurbanovun gənc yazıçı Kəramət Böyükçölə ev bağışlaması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Qurumdan azxeber.com-a verilən məlumata görə, son günlər bəzi elektron KİV-lərdə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun Kəramət Böyükçölə ev bağışlanması haqqında həqiqətə söykənməyən məlumatlar yayılmaqdadır: "Məlumat üçün bildiririk ki, bu informasiyalar tamamilə yanlışdır və özündə heç bir həqiqəti əks etdirmir. Qeyd edim ki, Dəmir yolunda uzun illərdir məsuliyyətli və gərgin əməyə qatlaşan yüzlərlə dəmiryolçu mənzil növbəsində dayanıb. Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunana qədər dəmiryolçulara mənzil verilməsi dayandırılmışdır. İndi yenidən bu məsələyə xüsusi diqqət ayrılması görünür kimlərisə narahat edir.
Bir müddət bundan əvvəl də KİV-lərdə bu tipli dezinformasiyalar dövriyyəyə buraxılmışdı. O zaman Cavid Qurbanov bildirmişdi ki, qələm adamlarına mənzil verilməsi kimi humanist məsələ ancaq ölkə başçısının səlahiyyətindədir. Mənim xidməti vəzifəmin sosial istiqamətinə ancaq dəmiryolçuların mənzil probleminin həlli daxildir.
Kəramət Böyükçölün ümumiyyətlə dəmir yolu nəqliyyatına heç bir aidiyyəti yoxdur, Azərbaycan dəmir yolunda bu adda şəxs heç vaxt çalışmayıb və mənzil növbəsində dayanmayıb. Elə bu məntiqlə demək olar ki, dəmir yolundan ona mənzil verilməsi haqqında yazılanlar absurddur”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub