“Bu il sınaq imtahanları nəzərdə tutduğumuzdan az olacaq”.
Mynews.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sınaq imtahanlarında iştirak qiyməti və cədvəli yaxın günlərdə elan ediləcək: “Sınaq imtahanları ilə bağlı araşdırma aparırıq. Yanvar, fevral aylarında fəaliyyətimiz olmadığı üçün sınaq imtahanlarının cədvəli çox sıx olacaq. Əvvəlki illərdə olduğu kimi sınaq imtahanları 3-4 dəfə keçirilməyəcək. Bu il bir-iki sınaq imtahanı olacaq”.
M.Abbaszadə 9-cu siniflərin buraxılış imtahanında yaranan narazılığa da aydınlıq gətirib: “Havanın soyuq olması ilə bağlı şikayəti yalnız mətbuatdan oxudum. Hava soyuq və küləkli idi, valideynlər də bu havada uşaqlarını gözləyirdilər. Dövlət İmtahan Mərkəzi havanın küləkli, soyuq olmasına təsir göstərə bilməz. Valideynlərdən havaya görə üzr istəyə bilərəm, lakin bu, bizdən asılı deyil”.
M.Abbaszadə vurğulayıb ki, buraxılış imtahanında 6 nəfər telefonla tutulub: “Məlumdur ki, bu şagirdlərin nəticələri ləğv edilir, sıfır balla qiymətləndirilir. Lakin onlar sıfır balla ikinci mərhələyə buraxılırlar”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub