Azərbaycanlıların seçimi təəccübləndirmədi – xalq başa düşür ki, İlham Əliyevin konstruktiv rəqibi yoxdur.
Mynews.az-ın məlumatına görə, bu barədə ukraynalı politoloq Aleksey Voronenko Oxu.Az-a açıqlamasımda bildirib.
Onun sözlərinə görə, əgər prezident hər şeyi yalnız ölkəsinin rifahı üçün edirsə, kimisə ona qarşı qoymaq çox çətindir.
Azərbaycan rəhbərliyinin uğurlu siyasətindən danışarkən A.Voronenko qeyd edib ki, bugünkü gün Qarabağ məsələsinin həlli Bakının maraqlarına uyğun irəliləyir.
“Bəli, tədricən. Bununla belə, hazırda Bakı diplomatiyası və siyasəti bu ölkənin rəhbəri başda olmaqla, Yerevandan bir neçə addım öndədir”, - o qeyd edib.
Ekspert bildirib ki, Azərbaycanda turizm hər il inkişaf edir.
“Mən bunu Bakıda tez-tez olduğum üçün, həmçinin şəxsi təcrübəmə əsasən təsdiq edə bilərəm. Şəhərin memarlığı heyran edir. Yeni binalar necə də şəhərə uyğundur və bununla yanaşı, qədim Bakıya toxunmur”, - politoloq əlavə edib.
1
Niyə Donald Tramp Hitlerlə müqayisə olunur?
1180 dəfə oxunub
2
XI sinfin buraxılış imtahanında dəyişiklik edilir
1151 dəfə oxunub
3
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1145 dəfə oxunub
4
Novruzun ilk çərşənbəsinin tarixi
1144 dəfə oxunub
5
Türkdilli erməni qız hər kəsi şoka saldı - VİDEO
1125 dəfə oxunub