Daxili Qoşunlarının Qərargah rəisinə yeni müavin təyin edilib.
Mynews.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, İnqilab Heydər oğlu Muradov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qərargah rəisinin 1-ci müavini təyin edilib.
Bəs Prezidentin Daxili Qoşunlarının Qərargah rəisinin 1-ci müavini təyin etdiyi İnqilab Muradov kimdir?
Muradov İnqilab Heydər oğlu 1967-ci ildə Zərdab rayonunun İsaqbağı kəndində anadan olub. Uşaqlıq illərindən hərbiyə böyük maraq göstərib. Odur ki, 1984-1988-ci illərdə Rusiyanın Kamışinski Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb. 1993-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətini davam etdirir. Polkovnik Muradov İnqilab Heydər oğlu N saylı hərbi hissədə briqada komandiri kimi fəaliyyət göstərib.
Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin 30 iyun, 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində xüsusilə fərqləndiyinə, şücaət və igidlik göstərdiyinə görə "Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev İ. Muradovun nümunəvi xidmətini nəzərə alaraq onu 2007-ci ildə Bakı şəhərində mənzillə təmin edib.
İnqilab Muradov "Qüsursuz xidmətlərə görə”, "Hərbi xidmətlərə görə”, 2 və 3 dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalları ilə də təltif olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub