Paytaxtda fəaliyyət göstərən "189 Taksi" şirkətinin sürücüsü ilə qadın sərnişinlər arasında xoşagəlməz olay yaşanıb.
Mynews.az axar.az xəbər verir ki, sifarişlə gələn "Ravon Neksia" markalı avtomobilin sürücüsü mənzil başına çatanda sərnişinlərin 5 nəfər olduğunu əsas gətirərək, onların əlavə 2 manat ödəniş etməli olduqlarını bildirib.
Sərnişinlər isə bir neçə saat əvvəl həmin şirkətin taksi xidmətindən istifadə etdiklərini və həmin vaxt da 5 nəfər olduqlarını bildirərək, bununla bağlı şirkətin və ya əvvəlki sürücünün onlara xəbərdarlıq etmədiyini deyiblər və əlavə 2 manat ödəməkdən imtina ediblər. Sürücü buna qəzəblənərək sifarişin pulunu yerə ataraq oradan uzaqlaşıb. Bundan sonra sərnişinlər sözügedən olayla bağlı "189 Taksi" şirkətinə müraciət ediblər.
"189 Taksi" şirkətindən saytımıza bildirdilər ki, yaxın günlərdə sərnişinin şikayətinə baxılacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub