Belarusun xüsusi təyinatlı sərhəd xidməti əməkdaşları Volojinski rayonunun Rakov aqrar şəhərciyi yaxınlığında Avropa İttifaqına miqrant aparan beynəlxalq cinayətkar qrupun üzvlərini saxlayıblar.
Mynews.az “Sovetskaya Belorussiya”-ya istinadla xəbər verir ki, qrupun təşkilatçısı 33 yaşlı Azərbaycan vətəndaşı olub.
Onunla bərabər Belarus vətəndaşı olan iki daşıyıcı və Rusiydan olan çeçen əsilli iki bələdçi tutulub. Saxlanılan şəxslər Belarus ərazisi ilə dövlət sərhədi istiqamətində sənədləri olmayan 11 Vyetnam vətəndaşı aparırmışlar.
Hazırda təşkilatçı, vasitəçi və bələdçilərə qarşı Belarus Cinayət Məcəlləsinin “Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qanunsuz miqrasiya təşkil etmək” maddəsi üzrə cinayət işi açılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub