Türkiyənin Antalya şəhərində azərbaycanlı iş adamı hücuma məruz qalıb.
Mynews.az azvision.az-a istinadən xəbər verir ki, 37 yaşlı iş adamı Zaur Həsənov iş görüşməsindən qayıdarkən yolda başqa bir avtomobil onun bahalı “Cip”ini əzərək hadisə yerindən qaçıb.
Bundan qəzəblənən Z.Həsənov həmin avtomobili təqib etməyə başlayıb.
O, Yaşıldərə adlanan məhəllədə təqib etdiyi avtomobilin sürücüsü və yaxınları tərəfindən hücuma məruz qalıb. Onlar azərbaycanlı iş adamını daşa basıblar.
Çıxılmaz vəziyyətdə qalan Z.Həsənov hadisə yerindən qaçaraq dərhal polisə məlumat verib.
O, polis əməkdaşlarının köməyilə içərisində mobil telefonu, pul qabı, kredit kartları olan avtomobilini götürə bilib. Z.Həsənov ona hücum edən şəxslərdən şikayətçi olmadığını deyib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub