Aprelin 21-də Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçiriləcək.
Mynews.az xəbər verir ki, “Oxu Günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə təşkil olunur.
“Gəlin, birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə paytaxtın 40 ümumtəhsil məktəb və liseyinin şagirdləri müxtəlif təqdimatlarla çıxış edəcəklər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəciklər, pantomim tamaşalar və s. təqdim edəcəklər.
Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılacaq tədbir çərçivəsində, həmçinin 30-dək nəşriyyat və kitabxana kitab sərgi-yarmarkası təqdim edəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub