Narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıqda təqsirləndirilən "Polojeniya Anar" ləqəbli Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, A. Məhərrəmov 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, A. Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən gecə klubunda Kamran Hüseynov adlı şəxsin onunla birlikdə olan qıza sataşdığını əsas gətirərək, sonuncunu döyüb. A. Məhərrəmov K. Hüseynova yumruq və təpik zərbələri vurub. K. Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
A. Məhərrəmovun üzərinə baxış zamanı narkotik vasitə aşkar edilərək, götürülüb.
A. Məhərrəmov kriminal aləmdə "Polojeniya Anar" kimi tanınıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub