Vətəndaşın qaz sayğacı dəyişdirildi, bir neçə ay sonra CƏRİMƏLƏNDİ ŞİKAYƏT

701
Vətəndaşın qaz sayğacı dəyişdirildi, bir neçə ay sonra CƏRİMƏLƏNDİ ŞİKAYƏT

Vətəndaşın qaz sayğacı yenisi ilə əvəz olundu, heç bir akt tərtib olunmadı, bir müddət sonra isə sayğacına müdaxilə olunması səbəbi ilə 90 manat cərimələndi.

BiG.AZ xəbər verir ki, hadisə Şamaxı rayonu Osman Mirzəyev küçəsi 46 ünvanında baş verib. Belə ki, vətəndaş Ramazanov İsa bildirir ki, onun sayğacı dəyişdirilərkən bu barədə heç bir məlumat verilməsə də, sayğacına müdaxilə olunması ilə bağlı heç bir xəbərdarlıq edilməsə belə bir neçə aydan sonra bu əsasla cərimələnib. 

Həmçinin şikayətçi Ramazanov İsa qeyd edib ki, həmin müddət ərzində "Azəriqaz" İstehsalat Birliyindən ay ərzində bir neçə əməkdaşla təmasda olsa da bu haqda ona heç bir məlumat verilməyib. O sayacının hansı əsasla dəyişdirildiyindən məlumatsız olduğunu və cərimə qismində yazılan məbləği ödəmək fikrində olmadığını bildirib. Həmçinin o qeyd edib ki, yazılan cərimənin heç bir əsası yoxdur. 

Vətəndaşın qaz sayğacı dəyişdirildi, bir neçə ay sonra CƏRİMƏLƏNDİ - ŞİKAYƏT

Məsələ ilə bağlı BiG.Az -a danışan Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev ilkin ehtimala görə prosedurun qanunauyğun şəkildə aparıldığını bildirib: 

"Sayğac dəyişdirilən zaman vətənaş bu haqda məlumatlandırılır. Abonent qazsız qalmasın deyə sayğacı yenisi ilə əvəz olunsa da köhnə sayğac əgər müdaxilə olunması ilə bağlı məlumat varsa labaratoriyaya göndərilir. Labaratoriya şəraitində analiz edildikdən sonra ona müdaxilə olunub-olunmaması aydınlaşdırılır. Müdaxilə olunduğu təsdiqini tapdığı təqdirdə isə sayğacın dəyəri və istehlakçının israf etdiyi qazın həcmi cərimə olaraq vətəndaşa yazılır. İlkin ehtimala görə prosedur doğru aparılıbdır. Lakin bunu saytlar və media üzərindən araşdırmaq o dərəcədə doğru olmaz. Vətəndaşın hərhansısa bir narazılığı və şikayəti varsa, istər regional şöbəmizə, istərsə də mərkəzi aparata rəsmi formada müraciət edə bilər. Biz dərhal müraciət üzrə araşdırmalar aparıb məsələni aydınlaşdıra bilərik". 

Xəbər lenti