İnternetdə tanış olduğu qadın onu çılpaq videogörüntüləri ilə şantaj edir
Türkiyənini Ədirnə şəhərində polisə müraciət edən bir kişinin şikayəti olduqca gülməli və maraqlı olub. Belə ki, şikayətçi internetdə tanış olduğu qadınla virtual aləmin imkanlarından istifadə edərək vebkameranı açıb qarşılqılı olaraq müxtəlif oyunlardan çıxdıqları və bu görüntüləri yazan qadının daha sonra onu şantaj etdiyini bildirib.
Hadisəni bir qədər geniş şəkildə izah edək. Ədirnə Polis İdarəsinin Kibercinayətlərə qarşı mübarizə şöbəsinə yazılı ərizə ilə müraciət edən O.S.C. internetdə tanış olduğu “ebru.kiz1” adı ilə onunla tanış olan qadından şikayət edib.
Əbru adlı istifadəçi kimi onunla tanış olan qadınla danışarkən qarşılıqlı şəkildə kamera qarşısında soyunublar və qadın onun paltarsız görüntülərini kompüterə yazıb. Daha sonra ona 3 min lirə verməsə, kişinin tanışlarına videogörüntüləri göndərməklə şantaj edib. Şikayətçi “zərəçəkən” indi bu qadının tapılmasını tələb edib. Polis hadisə ilə əlaqədar istintaq işinə başlayıb. (Bizimyolinfo.com)