"Qaradağ-Sumqayıt" magistral qaz kəmərinin 27-28-ci km-lər arası dayaqlar üzərinə qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar, sabah saat 10:00-dan işlər yekunlaşdırılanadək diametri 530 mm-lik "Qaradağ-Sumqayıt" magistral qaz kəmərindən qidalanan "Qobu", "Müşviqabad", "Pirəkeşkül", "Ceyranbatan" Qaz Paylayıcı Stansiyalarından və "Aşağı Güzdək" Qaz Tənzimləyici Məntəqəsindən qaz təchizatı dayandırılacaq.
"Azəriqaz" İB-dən Milli.Az-a verilən məlumata görə, təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Pirəkeşkül, Aşağı Güzdək yaşayış sahələrində və Ceyranbatan və Saray qəsəbələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.
Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub