Uzun illərdir ABŞ-da yaşayan əslən azərbaycanlı model Stefano Suaros yenidən ABŞ-da özünün “S&D Magazine” jurnalını təqdim edib.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, Nyu-Yorkun mərkəzi hotellərinin birində baş tutan təqdimatda iştirak edənlər arasında tanınmış biznesmenlər, dizaynerlər və top modellər olub.
“Bu gün çox xoşbəxtəm. Nəhayət ki, uzun zamandır üzərində çalışdığım “S&D Magazine” dərgisini təqdim etdim. Çox yüksək keyfiyyətdə hazırlanan dərgimiz həm qiymət, həm də dizayn baxımından bir çox jurnallardan fərqlənir.
Dərgidə dünyanın bir çox brend markaları, dizaynerləri və məhşur modelləri, eyni zamanda, həmyerlimiz müğənni İlhamə Qasımova da yer alıb. Jurnal Azərbaycan da daxil olmaqla, dünyanın 11 ölkəsində satışa çıxarılıb və qürur duyuram ki ABŞ-da yüksək kefiyyətdə moda dərgisinə sahib olan ilk müsəlman və azərbaycanlı mənəm”, - deyə Stefano Suaros bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub